Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum oldu
Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub.
Gunaz.az “Report”a istinadən xəbər verir ki, bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2003-cü il təvəllüdlü Adil Müşviq oğlu Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərovdur.
Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.