Oğuzda meşə ərazisində yanğın

Oğuzda meşə ərazisində yanğın

Oğuzda yanğın hadisəsi baş verib.

Gunaz.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Oğuz rayonu, Xaçmaz kəndində Meşə təsərrüfatı idarəsinin ərazisində 0,9 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1
Geri qayıt