Zibillikdən tapança tapıldı

Zibillikdən tapança tapıldı
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-dən Gunaz.az-a verilən xəbərə görə, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ə.Həmidov Balaxanı qəsəbəsi ərazisində yerləşən məişət tullantıları ərazisindən tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 ədəd patronu könüllü olaraq Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə təhvil verib.

скачать dle 12.1
Geri qayıt