Əvvəllər məhkum olunmuş şəxsin evində narkotik və silah aşkarlanıb
Sabirabad sakininin evində narkotik və silah tapılıb.
DİN Mətbuat Xidmətindən Gunaz.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 20 ədəd “Travmadol”, 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin tapılıb.
Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.