Ağdaşda ağır yol qəzası - 1 ölü, 3 yaralı

Ağdaşda ağır yol qəzası - 1 ölü, 3 yaralı

Ağdaş rayonunda minik avtomobili traktorla toqquşub.

Gunaz.az xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsi  ərazisində baş verib.

Belə ki, minik avtomobili traktorun qoşqusunun altına girib. Nəticədə bir nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb.

Yaralılar Ağdaş Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt