Sabirabadda 4 otaqlı ev yanıb

Sabirabadda 4 otaqlı ev yanıb
Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

Gunaz.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (üst örtüyü qamışdan ibarət) yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1
Geri qayıt