Göyçayda baş verən yol qəzasında bir nəfər ölüb
Göyçayda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gunaz.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarabaqqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ 2106” markalı minik avtomobilinin “Shagman” yük avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.