Həmkəndlisinə xəsarət yetirən şəxs saxlanılıb

Həmkəndlisinə xəsarət yetirən şəxs saxlanılıb

Mayın 9-da Şəmkir rayonunun Dəllər qəsəbəsindən qəsəbə sakini Nizami Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Faktla əlaqədar cinayət işi başlanılıb.

DİN-dən Gunaz.az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Tofiq Məmmədov saxlanılıb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt