Paytaxtda ikimərtəbəli ev yanıb - FHN

Paytaxtda ikimərtəbəli ev yanıb - FHN

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Gunaz.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 476 kv.m olan ikimərtəbəli evin (hazırda yaşayış yoxdur) dam örtüyünün yanar konstruksiyaları 238 kv.m sahədə və mansardasına yığılmış 5 ton avtomobil ehtiyat hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1
Geri qayıt