Mənzildən 77 yaşlı kişinin cəsədi tapıldı

Mənzildən 77 yaşlı kişinin cəsədi tapıldı
Bakıda evdə 77 yaşlı kişinin meyiti tapılıb.


Gunaz.az FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Quliyev Telman Alı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

скачать dle 12.1
Geri qayıt