Gəncədə sərnişin avtobusu qəzaya uğradı

Gəncədə sərnişin avtobusu qəzaya uğradı

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Gunaz.az  xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 

Belə ki, sərnişinlə dolu 2 nömrəli xətt üzrə işləyən "Hyundai" markalı marşrut avtobusu idarəetmədən çıxaraq "QAZ-3110" markalı avtomobilə çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt