Qanunsuz saxlanılan silah-sursat götürülüb

Qanunsuz saxlanılan silah-sursat götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Gunaz.az-a verilən məlumata görə Sabirabad RPŞ Qaragüney PB-nə daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən rayonun Azad kənd ərazisində sahilboyu meşə zolağında sintetik torbada 70 ədəd güllə ilə birlikdə 1 ədəd “ TOZ-8” tüfəngi, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 30 ədəd pulemyot patronu, 58 ədəd 7,62 mm-lik avtomat patronu, 4 ədəd fişəng və beşaçılan silahına məxsus ehtiyat hissələri aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt