“KİA” aşdı - 1 nəfər öldü,2 nəfər yaralandı

“KİA” aşdı - 1 nəfər öldü,2 nəfər yaralandı

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Gunaz.az -a verilən məlumata görə, aprelin 25-də saat 9 radələrində Ağdaş rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Faidə Məmmədova idarə etdiyi "KİA” markalı avtomobili aşırıb.

 

Nəticədə onun sərnişinlərindən bacısı Alidə Cəfərova hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

скачать dle 12.1
Geri qayıt