Tikinti şirkətində oğurluq

Tikinti şirkətində oğurluq
Nizami rayonu, T.Abbasov küçəsində yerləşən tikinti şirkətindən oğurluq faktı qeydə alınıb.

Nizami RPİ-dən Gunaz.az -a verilən xəbərə görə, liftin şaxtasından 6 min manatlıq elektrik kabeli oğurlanıb. Bu barədə MTK-nın əməkdaşları ərazi üzrə 24-cü polis bölməsinə məlumat veriblər. 

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Hazırda elektrik kabellərini oğurlayan şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

скачать dle 12.1
Geri qayıt