Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Neftçala rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gunaz.az "Report"a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Astanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində Neftçala sakinləri: - 1992-ci il təvəllüdlü Orxan Əbülfəz oğlu Manafov və 1988-ci il təvəllüdlü Xəyal Gündüz oğlu Nuriyev xəsarət alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt