Azyaşlını maşın vurub öldürdü

Azyaşlını maşın vurub öldürdü

İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən Cəbrayıl qaçqın şəhərciyində məskunlaşan azyaşlını avtomobil vuraraq öldürüb.

Gunaz.az APA-ya istinadən xəbər verir ki, “VAZ 2106” markalı  avtomobil  velosipedlə hərəkətdə olan Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Eyvazov Xəzər Hümbət oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt