Ağsuda dəhşətli yanğın: Çörək sexi kül oldu - Foto
Ağsu rayonunda çörək sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, ümumi sahəsi 345 m2 olan çörək sexinin yanar konstruksiyaları 313 m2 sahədə yanıb. Sexin qalan hissəsi və yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Fotolar Report-a məxsusdur.