Yol qəzası: YARALANANLAR VAR

Yol qəzası: YARALANANLAR VAR
Goranboy rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunaz.az xəbər verir ki, rayonun Qızılhacılı - Boluslu yolunda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 2 nəfər yaralanıb.

Bunlar motosikletin 1996-cı il təvəllüdlü sürücüsü Əliyev Əfqan Çingiz oğlu və onun 1990-cı il təvəllüdlü sərnişini Mehdiyeva Lalə Kitay qızıdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt