İki avtomobil toqquşdu - 5 NƏFƏR XƏSARƏT ALIB
Ağstafada baş verən avtomobil qəzasında 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
Gunaz.az xəbər verir ki, Ağstafa şəhərində iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü İqbal Namazov, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Namazova Aytən Alı qızı və 5 yaşlı övladları Yusif xəsarət alıblar. Həmçinin avtomobildə olan 1989-cu il təvəllüdlü Alıyeva Aygün Valeh qızı və 1 yaşlı Əliyev Onur Vüqar oğlu da xəsarət alıblar. Xəsarət alanlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə İ. Namazov rayon xəstəxanasında reanimotoloq işləyir.
Faktla bağlı araşdırma aparılır.