Bakıda şadlıq evinin qarşısında kişi və qadını maşın vurub, biri ölüb, digəri yaralanıb

Bakıda şadlıq evinin qarşısında kişi və qadını maşın vurub, biri ölüb, digəri yaralanıb

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunaz.az report.az-a istinadən bildirir ki, Əkbərov Zaur Arif oğlu "Arzu" şadlıq evinin qarşısında idarə etdiyi "10-KH-837" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobillə yolu keçən orta yaşlı qadın və yaşlı kişini vurub.

Naməlum qadın hadisə yerində dünyasını dəyişib. Onun meyiti morqa təhvil verilib.

1975-ci il təvəllüdlü yaralı Osmanov Zaur İlyas oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sürücü Z.Əkbərov Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

скачать dle 12.1
Geri qayıt