Liftdə qalan şəxs xilas edildi

Liftdə qalan şəxs xilas edildi

Paytaxtda liftdə köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib.

Gunaz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb.

скачать dle 12.1
Geri qayıt