FHN Qubada kanalda batan şəxslərlə bağlı məlumat yayıb

FHN Qubada kanalda batan şəxslərlə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda iki nəfərin kanala düşərək batması barədə məlumat yayıb.

Gunaz.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

скачать dle 12.1
Geri qayıt