Restoranda atışma - ÖLƏN VƏ YARALANAN VAR

Restoranda atışma - ÖLƏN VƏ YARALANAN VAR
Xarkovda ötən gecə "Ağdam" restoranının qarşısında baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Gunaz.az xəbər verir ki, hadisə nəticəsində ölən şəxs Azərbaycan vətəndaşıdır. Yaralanan şəxsin Gürcüstan vətəndaşı olduğu bildirilir. 

"Restoranlardan birində təxminən 10 nəfərdən ibarət qrup istirahət edib. Onlar əyləncə məkanını tərk edərkən anidən bir neçə naməlum şəxs onlara yaxınlaşaraq atəş açıb”, - deyə Ukrayna Milli Polisinin Xarkov vilayəti üzrə İdarəsinin yaydığı məlumatda qeyd edilib.

скачать dle 12.1
Geri qayıt