İş qurmaq adı ilə dələduzluq edildi

İş qurmaq adı ilə dələduzluq edildi
Nərimanov rayonunda qadın küllü miqdarda dələdzuluqla üzləşib.

Gunaz.az -a verilən məlumata görə, Kristina Əliyeva polisə şikayət edərək bildirib ki, Elşad Nəcəfov adlı şəxs ondan iş qurmaq adı ilə 40 min ABŞ dolları alıb. Ancaq uzun müddət keçməsinə baxmayaraq, nə iş qurulub, nə də pul qaytarılıb. 

Hazırda Nərimanov RPİ-nin əməkdaşları daxil olmuş şikayət ərizəsini araşdırırlar. 

Əgər fakt öz təsdiqini tapsa, E.Nəcəfova qarşı cinayət məcəlləsinin 178.3.2 (dələdzuluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanacaq.

скачать dle 12.1
Geri qayıt