Yol qəzasında nəmalum şəxs ölüb

Yol qəzasında nəmalum şəxs ölüb
Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Gunaz.az xəbər verir ki, Kamran Baxışov idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə yolu keçmək istəyən 30-35 yaşlarında kişini vurub.

Yaralının xəsarətləri ağır olduğundan elə hadisə yerindəcə dünyasını dəyişib. Dünyasını dəyişən şəxsin üzərində şəxsiyyəti təsdiq edən sənəd olmadığından onun kimliyini müəyyən etmək mümkün olmayıb. 

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda dünyasını dəyişənin şəxsiyyətinin müəyyənləşirilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

скачать dle 12.1
Geri qayıt