Sabirabadda iki tüfəng polisə verildi
Sabirabadda iki tüfəng könüllü olaraq polisə təhvil verilib.
Gunaz.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Qarağac kənd sakinləri Namiq Orucov və Müşfiq Nəbiyev 2 ədəd "İJ-16" markalı tüfəngi könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil veriblər.