Maşınların qənimi ələ keçdi

Maşınların qənimi ələ keçdi

Oğuz rayonunda oğurluq hadisəsi baş verib.

Gunaz.az xəbər verir ki, Oğuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “ZİL” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev saxlanılıb.

Onun fevralın 17-də rayondakı evlərin birinin həyətindən 40 kisə kömür oğurlaması da müəyyən edilib.

Məlum olub ki, Ceyhun Quliyev Oğuz rayonu ərazisində 1 traktordan və 1 “KamAZ” markalı avtomobildən də akkumulyator oğurlayıb.

скачать dle 12.1
Geri qayıt