Ölümlə nəticələnən qəzadan qaçan sürücü tutuldu

Ölümlə nəticələnən qəzadan qaçan sürücü tutuldu
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az -a  verilən məlumata görə, martın 15-də saat 9 radələrində Binəqədi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Tahirə Mahmudova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Anar Əhmədov saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt