Qohumuna qarşı soyğunçuluq edən şəxs tutulub

Qohumuna qarşı soyğunçuluq edən şəxs tutulub
Nizami rayonu, Babək prospektində qohum qohuma qarşı soyğunçuluq edib.

Gunaz.az -a verilən məlumata görə, “Limon” çay evində Tərlan Şərifov əmisioğlu Şərifov Sənan Əlixan oğlunun “Apple iPhone 7” mobil telefonunu əlindən alaraq aradan çıxıb. 

Zərərçəkən qohumunun mobil nömrəsinə zəng etsədə o, əmisioğlunun telefonuna cavab verməyib. Əlacsız qalan S.Şərifov 24-cü Polis Bölməsinə şikayət edib. Faktla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb və T.Şərifov soyğunçuluq əməlinə görə həbs edilib.

скачать dle 12.1
Geri qayıt