Azərbaycandan qanunsuz yolla İrana keçmək istəyən əcnəbilər tutuldu

Azərbaycandan qanunsuz yolla İrana keçmək istəyən əcnəbilər tutuldu
Dörd əcnəbi və bir nəfər Azərbaycan vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Gunaz.az-a verilən məlumata görə, 8 mart tarixində Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqa¬mətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Şri-Lanka vətəndaşı – 1988-ci il təvəllüdlü Sinnaiyappilai Dadees, 1982-ci il təvəllüdlü Sinnaiyappilai Jagatheesan, 1995-ci il təvəllüdlü Jeevathasan Ashuimi sərhəd pozucusu qismində saxlanılıb.
 Həmin tarixdə Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstandan Azərbaycan isti¬qamətində dövlət sərhədini pozmuş 1999-cu il təvəllüdlü Bukavadze Sara Rövşən qızı sərhəd pozucusu qismində tutulub.
9 mart tarixində Naxçıvan əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Azərbaycandan İran İslam Respubli¬kası istiqa¬mətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 Özbəkistan vətəndaşı – 1989-cu il təvəllüdlü Yerjaşeva Mavhudxov Qafurovna sərhəd pozucusu qismində saxlanılıb.
Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
скачать dle 12.1
Geri qayıt