Dələduzluq edən xarici vətandaş tutulub

Dələduzluq edən xarici vətandaş tutulub
Nizami RPİ-nin əməkdaşları dələduzluq maddəsi ilə axtarışda olan İran vətəndaşını saxlayıb.

Gunaz.az -a rayonun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Vakili Alirezad Səfərli istintaqdan yayındığına görə axtarışa verilib və ötən gün saxlanılıb. 

Saxlanılan şəxs 2 il öncə Azərbaycan vətəndaşından Azpetrol Şirkətinə işə düzəltmək adı ilə pul alıb, ancaq vədinə əməl etməyib. Nizami RPİ-nə edilən şikayət əsasında İran vətəndaşına qarşı 178.2.4 (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Ancaq iranlı istintaqdan yayındığından onun barəsində axtarış elan edilib.

скачать dle 12.1
Geri qayıt