Tanınmış aktyorun avtomobilindən oğurluq etdilər
Aktyor Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.
Gunaz.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədəki hesabında məlumat paylaşıb.
Oğrular onun avtomobilinin şüşəsini sındırıblar və maşındakı hədiyyələri aparıblar. E.Hacıbabayev hədiyyələri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ailə üzvlərinə alıbmış.
Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araşdırma aparılır.