Qəbələdə külə dönən məktəbin GÖRÜNTÜLƏRİ – VİDEO

Qəbələdə külə dönən məktəbin GÖRÜNTÜLƏRİ – VİDEO

Qəbələ rayonunda orta məktəbdə yanğın olub.

Gunaz.az ARB Şəki-yə istinadən xəbər verir ki, rayonun ucqar dağ kəndi olan Laza kəndində ümumi sahəsi 1300 m² olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 m² sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:27-də yanğın bölmələri tərəfindən söndürülüb. Yanğın dərslər başa çatdıqdan sonra baş verdiyindən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

скачать dle 12.1
Geri qayıt