Bədbəxt hadisə - EV YANDI

Bədbəxt hadisə - EV YANDI
Binəqədi rayonunda 2 mərtəbəli ev yanıb.

Gunaz.az verilən məlumata görə, Rayonun Fatmai qəsəbəsində Güləli Mahmud oğlu Bəkirzadəyə məxsus, ərazisi 120 kv metr olan ev yanıb. 
Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadası cəlb olunub və yanğın lokallaşdırılıb. Ancaq yanan ev tamamilə yararsız hala düşüb. Yanğının baş verməsinə ilkin səbəb kimi elektrik naqillərində yaranan qısa qapanma göstərilir.

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.

скачать dle 12.1
Geri qayıt