Baş vermiş partlayışda 1 nəfər yanıb

Baş vermiş partlayışda 1 nəfər yanıb
Şəmkirin Keçili kəndində ümumi sahəsi 20 m2 olan köməkçi tikilidə (hazırda təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib.

Gunaz.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə zamanı tikilinin pəncərə şüşələri sınıb, divarları qarsalanıb və tikiliyə bitişik yığılan 16 ton ot bağlamasının 4 tonu yanıb.

Partlayış zamanı evdə olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb.

Köməkçi tikili, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt