İcra hakimiyyətində ölüm hadisəsi

İcra hakimiyyətində ölüm hadisəsi
Mingəçevir Şəhər İcra Hakimiyyətində ölüm hadisəsi baş verib.

Gunaz.az "Report”a istinadən  xəbər verir ki, idarənin kargüzarlıq işləri ilə məşğul olan 1956-ci il təvəllüdlü İntizar Məmmədovanın ürək tutmasından qəfil halı pisləşib.

Ətrafdakıların səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İntizar Məmmədova uzun illərdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatında ümumi şöbə nəznində, eyni zamanda icra hakiminin müavinləri yanında qəbul bölməsində fəaliyyət göstərirdi.

скачать dle 12.1
Geri qayıt