Yolu keçmək istəyən şəxsi maşın vurub

Yolu keçmək istəyən şəxsi maşın vurub
Bakıda avtomobil piyadanı vurub öldürüb.

Gunaz.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Yasamal rayonunda qeydə alınıb. N.Nərimanov küçəsi ilə hərəkətdə olan “Nissan X-Trail” markalı avtomobil yol keçən piyadanı vurub. Şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Polis faktı araşdırır.  

скачать dle 12.1
Geri qayıt