8 otaqlı evdə yanğın
Biləsuvarda yanğın olub.
Gunaz.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın rayonun Aman kəndində ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 8 otaqlı evdə baş verib. Nəticədə evin tavanı 30 m2 sahədə, dam örtüyü və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.