Xəstəxana raket atəşinə tutuldu
Suriyanın paytaxtı Dəməşqdə xəstəxana silahlılar tərəfindən raket atəşinə tutulub.
Gunaz.az xəbər verir ki, şəhərin Bağdad küçəsində yerləşən xəstəxananın cərrahiyyə şöbəsinin binası raket atəşinə məruz qalıb.
Nəticədə binaya ciddi ziyan dəyib. Ölü və yaralılar barədə məlumat yoxdu.