Bu ərazidə velosiped oğrusu peydə olub

Bu ərazidə velosiped oğrusu peydə olub
Binəqədi rayonu, S.Məmmədov küçəsi 200 ünvanındakı zirzəmidən oğurluq olub.

Gunaz.az xəbər verir ki, adıçəkilən ünvanda yaşayan Hüseyn Abbasov 7-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, evinin zirzəmisindən 4 velosiped və yeni il ağacı oğurlanıb. 

Baş vermiş hadisə ilə bağlı polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.

Hazırda velosipedləri oğurlayan şəxsin axtarışlarına başlanılıb.

 

скачать dle 12.1
Geri qayıt