Sumqayıtda yol qəzası baş verib — 4 yaralı var

Sumqayıtda yol qəzası baş verib — 4 yaralı var
Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ağır yaralanıb.

Gunaz.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Bakı-Quba yolunun qəsəbə ərazisindən keçən hissəsində iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan 4 qadın - 1977-ci il təvəllüddlü Kəmalə Hacıbala qızı Baxışova, 1980-ci il təvəllüdlü Səbinə Məzahir qızı Həsənova, 1984-cü il təvəllüdlü Aynurə Teymur qızı Hətəmova, 1984-cü il təvəllüdlü Gülüstan Novruz qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıblar. İlkin müayinə zamanı yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt