Maşın kanala aşdı: bir ölü

Maşın kanala aşdı: bir ölü
Sabirabadın Həşimxanlı kəndində “Jeep” markalı minik avtomobili su kanalına aşıb.

Gunaz.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. 

скачать dle 12.1
Geri qayıt