Bakıda civə alverçiləri həbs edildi

Bakıda civə alverçiləri həbs edildi
DTX-nın Nizami rayon şöbəsi və Nizami RPİ-nin 24-cü Polis Bölməsinin əməkdaşları civə satan şəxsləri həbs edib.

Gunaz.az-ın məlumatına görə, birgə keçirilən əməliyyat tədbirləri nəticəsində Adəm Ismayılov, Turqay İmanov və Hacı Qurbanov 400 qram civəni 20 min manata satarkən həbs ediliblər.

Faktla bağlı Nizami RPİ-nin Istintaq Şöbəsində cinayət məcəlləsinin 240-cı maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

скачать dle 12.1
Geri qayıt