Rusiyada qəzaya uğrayan təyyarədə nasazlıq olub
Rusiyada qəzaya uğrayan AN-148 tipli sərnişin təyyarəsinin pilotu dispetçerlərə nasazlığın yarandığını bildirib.
Gunaz.az xəbər verir ki, məlumata görə, təyyarə Jukovski aerodromunda qəza enişi etməyi planlaşdırırmış.
Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb.