Moskvada fövqəladə vəziyyət rejimi tətbiq edildi

Moskvada fövqəladə vəziyyət rejimi tətbiq edildi

"An-148" tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiyanın Moskva vilayəti ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Gunaz.az"RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in regional idarəsinin məlumatında bildirilir.

Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb.

скачать dle 12.1
Geri qayıt