Səhraya qar yağdı

Səhraya qar yağdı

Əlcəzairin şimal-qərbində, Saxara səhrasında yerləşən Ayn-Səfra şəhərinə bu il ikinci dəfə qar yağıb.

Gunaz.az xəbər verir ki, bundan əvvəl səhranın bu hissəsinə qar bu ilin yanvarında yağmışdı.

Daha əvvəl isə Ayn-Səfra sakinləri qarı 1979-cu ilin fevralın 18-də müşahidə ediblər. Səhranın bu hissəsində havanın temperaturu ilin bu vaxtında adətən 6-12 dərəcə təşkil edir. 

скачать dle 12.1
Geri qayıt