Bakıdakı ağır qəzada türk vətəndaşı öldü

Bakıdakı ağır qəzada türk vətəndaşı öldü
Fevral ayının 3-də Suraxanı rayonunda baş verən qəza ilə bağlı DİN məlumat yayıb.

 Fəxri Qasımovun idarə etdiyi "Mercedes" markalı, 90 XG 142 dövlət qeydiyyat nişanlı minik avtomobili yerüstü piyada keçidinin dirəyinə çırpılıb.

DİN-dən Gunaz.az-a verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan şəxslərdən biri- orta yaşlı kişi hadisə yerində dünyasını dəyişib, digər  3 nəfər isə xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən Türkiyə vətəndaşı Murat Yıldırımdır. 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində 263.2-ci maddə iləs cinayət işi başlanıb, sürücünün izahatı alınıb, avtomobil cərimə meydançasına yerləşdirilib.

скачать dle 12.1
Geri qayıt