Afrindən şəhid və yaralı xəbəri

Afrindən şəhid və yaralı xəbəri

Fevralın 4-də Suriyanın Afrin bölgəsində 2 türk əsgəri şəhid olub, daha 5-i yaralanıb. 

Gunaz.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir. 

"Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayı 14-ə çatıb. 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

скачать dle 12.1
Geri qayıt