Bakıda yaşayış binasında yanğın — Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın — Sakinlər təxliyə edildi
Bakıda yaşayış binasında yanğın olub.

Gunaz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb.

Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib.

Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.

скачать dle 12.1
Geri qayıt