Xəzər rayonunda valideyin ehtiyatsızlığı — 2 yaşlı uşaq yandı

Xəzər rayonunda  valideyin ehtiyatsızlığı — 2 yaşlı uşaq yandı
Şüvəlan qəsəbəsində bədbəxt hadisə baş verib.

Gunaz.az-ın xəbərinə görə, Sabir küçəsi ev 1-də yaşayan 2016-cı il təvəllüdlü Rəna Orxan qızı Quliyevanın üzərinə qaynar su tökülüb. 

Bədəninin çox hissəsi yanan uşaq təcili tibbi yardım vasitəsi ilə Respublika Yanıq Mərkəzinə aparılıb, vəziyyəti ağırdı. İlkin araşdırmalar zamanı məlum olub ki, 2 yaşlı körpə valideyin səhlənkarlığından yanıb.

Faktla bağlı Xəzər RPİ-nin 1-ci polis bölməsində araşdırmalar aparılır.

скачать dle 12.1
Geri qayıt